Yazını böyüt
Yazını kiçilt
Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar - 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Hafta.az xəbər verir ki, mübahisə zamanı tərəflər bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.
Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.